Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

O, Rusiyanın "Spartak" (Moskva) və İngiltərənin "Lester" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III oyununda iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvada oynanılacaq.